Azərbaycanda ixrac prosedurlarını sadələşdirməl lazımdır. Bu barədə prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bəyan edib.
“İxrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. “Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaq”, - deyə prezident əlavə edib.
İ.Əliyev bildirib ki, bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. “İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır”, - deyə o vurğulayıb.
İ.Əliyev bəyan edib ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. “Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır”, - deyə o qeyd edib. **
A.Axundov
RF şirkətləri Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 20-dən çox layihə təqdim ediblər
Bayramov və AŞ baş katibi Cənubi Qafqazda postmünaqişə vəziyyətini müzakirə ediblər
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək