2017-ci il aprelin 1-nə Azərbaycanda 109,502 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, birinci rübdə 2,238 min hüquqi şəxs qeydiyyatdan keçib, 97 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2017-ci il aprelin 1-nə respublikada 10,067 min kənd təsərrüfatı (artım 0,9%), 6,195 min təkrar emal (artım 1,1%), 11,332 min tikinti müəssisəsi (artım 1%) fəaliyyət göstərir.
Bundan başqa, martın sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 28,477 min (artım 2,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,586 min (artım 1,3%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,393 min (artım 6,8%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,233 min (artım 4,4%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,747 min (artım 2,1%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,707 min hüquqi şəxs (artım 2,5 %) qeydiyyata alınıb.
2017-ci il aprelin 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 97,158 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 88,57%-i) özəl müəssisələrin, 6,391 min hüquqi şəxs xarici, 1,994 min hüquqi şəxs birgə müəssisələrin, 10,643 min hüquqi şəxs (9,7%) dövlət müəssisələrinin, 1,701 min hüquqi şəxs (1,6%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2017-ci il aprelin 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 756,318 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 10,3% artıb.
Kənd təsərrüfatı sahəsində 231,964 min, emal sənayesi sahəsində 16,133 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 198,83 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,474 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 11,647 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,687 min, tikinti fəaliyyəti ilə 5,48 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 36,071 min, nəqliyyat və anbar təsərrüfatı ilə 77,774 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 10,1 min, digər xidmətlərlə 116,003 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 59,361 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 216,851 fiziki şəxs var. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət