Asiya İnkişaf Bankı (AİB) 2016-cı ildə Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə $1,325 mlrd. məbləğində 4 kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“AİB 2016-cı ildə ölkədə enerji paylama şəbəkəsinin genişləndirilməsi üzrə investisiya proqramı çərçivəsində layihəyə $250 mln., su təchizatının yaxşılaşdırılması üzrə investisiya proqramı çərçivəsində layihəyə $75 mln., “Şahdəniz” yatağının işlənməsi layihəsinin II mərhələsinə dəstək üçün $500 mln., respublikanın iqtisadi inkişafına dəstək üçün $500 mln. məbləğində kredit ayırıb”, - deyə məlumatda bildirilir.
AİB-in “Cənub Qaz Dəhlizi” QSC-yə ayırdığı $500 mln. yuxarıda qeyd olunan məbləğə daxil deyil.
31 dekabr 2016-cı il tarixinə AİB-in Azərbaycanda özəl sektor üzrə aktiv kredit portfeli $373,6 mln. təşkil edir.
«Bu günədək bank özəl sektor üçün $1 mlrd. 238 mln. məbləğində 11 kredit ayırıb. 2016-cı il dekabrın 31-nə AİB-in özəl sektor üzrə aktiv kredit portfeli $373,6 mln. təşkil edir ki, bu da bankın dünyada özəl sektorla əməliyyat portfelinin 3,8%-nə bərabərdir», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, AİB ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində Azərbaycanda $43,8 mln.-luq 54 əməliyyatı dəstəkləyib. Bu məbləğin 9,1%-ni bank özəl sektorla birlikdə maliyyələşdirib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət