Azərbaycan OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2017-ci ilin sonunadək uzadılmasını məqsədəuyğun hesab edir. Bu barədə bu gün jurnalistlərə energetika naziri Natiq Əliyev məlumat verib.
"Hesab edirəm ki, əgər biz cari qiymətləri bu ilin sonunadək saxlamaq istəyiriksə, neft hasilatının azaldılmasına dair sazişin müddəti bu ilin sonunadək uzadıla bilər. Bu, bizim xeyrimizədir və buna etiraz etməyəcəyik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, bu saziş bazara müsbət təsir göstərib və hazırda bir barel neftin qiyməti $50-60 arasında sabitləşib.
N.Əliyev əlavə edib ki, mayda OPEC-in Monitorinq Komitəsinin iclası keçiriləcək. Komitənin hesabatı əsasında OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması ilə bağlı təkliflər və ya bununla əlaqədar hər hansı bir digər qərar qəbul olunacaq.
O bildirib ki, 25-27 aprel tarixlərində Bakıda səfərdə olacaq Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihi ilə neft bazarında cari vəziyyət və sazişin müddətinin uzadılması ilə bağlı məsələləri müzakirə edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət