Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına inşa olunan ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusu tezliklə istismara veriləcək. Bunu prezident İlham Əliyev deyib.
"Qurğu artıq hazırdır və yaxın günlərdə istismara veriləcək. Onun tikintisinə investisiya qoyuluşları $1 mlrd.-ı ötəcək", - deyə dövlət başçısı bu gün bildirib.
Onun sözlərinə görə, platformanın üst hissələri və bütün lazımi dayaq blokları Azərbaycanda tikilib. "Bu layihəyə yüksək əmək haqqı alan minlərlə insan cəlb edilib”, – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycanda yeni iş yerlərinin açılması məqsədilə ölkə hakimiyyətinin təşəbbüsü ilə Gəmiqayırma zavodu inşa edilib. Zavod SOCAR, Xəzər Dəniz Gəmiçiliyi, eləcə də Xəzəryanı ölkələr üçün gəmilərin inşası ilə bağlı sifarişləri yerinə yetirə bilər.
"Neft-qaz sektoru gələcəkdə də Azərbaycanın inkişafına xidmət edəcək, bu sektorun inkişafı isə iqtisadiyyatı şaxələndirməyə imkan verəcək”, – deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət