31 mart 2017-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd.980,1 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə bankların aktivləri 31 mlrd. 439,5 mln. manat olub. Beləliklə, 2017-ci ilin yanvar-mart ayları ərzində bankların aktivləri 4,7% azalıb.
31 mart 2017-ci il tarixinə bankların kredit portfeli 15 mlrd. 53,1 mln. manat təşkil edir (azalma 5,6%).
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 2 mlrd. 760,2 mln. manat (birinci rüb ərzində artım 44,6%- İF) təşkil edir.
2017-ci il aprelin əvvəlinə bankların öhdəlikləri 27 mlrd. 219,9 mln. manat (azalma 7,9%), AMB qarşısında öhdəlikləri 857,4 mln. manat təşkil edir (azalma 49,5%).
31 mart 2017-ci il tarixinə Azərbaycanda 32 bank fəaliyyət lisenziyasına malikdir. Hazırda ölkədə xarici kapitala malik 16 bank fəaliyyət göstərir.
Ümumilikdə, 31 mart 2017-ci il tarixinə bankların 561 filialı və 137 şöbəsi var.
“Azərbaycanın bank sektorunda 16,312 min nəfər çalışır”, - deyə məlumatda bildirilir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət