2016-cı ildə “Azərenerji” ASC-nin (elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) xalis mənfəəti 108,928 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 7,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Ötən il cəmiyyətin gəlirləri 810,161 mln. manat (artım 10,4%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 807,17 mln. manat gəlir (artım 11,2%) əldə edib.
Hesabat ilində ASC-nin əməliyyat mənfəəti 144,057 mln. manata (azalma 57%) bərabər olub.
2016-cı ildə valyuta vəsaitlərinin təkrar qiymətləndirilməsi nəticəsində “Azərenerji”nin zərəri 2015-ci illə müqayisədə 4,5 dəfə - 220,145 mln. manatadək azalıb.
Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti 137,703 mln. manat (azalma 7,1 dəfə), dövlət büdcəsinə vergi ödənişləri 28,775 mln. manat (azalma 6,4 dəfə) təşkil edib.
2016-cı ildə “Azərenerji”nin aktivləri 0,8% - 4 mlrd. 297,857 mln. manatadək, qısamüddətli aktivləri 21,1% - 587,4 mln. manatadək artıb, uzunmüddətli aktivləri 1,7% - 3 mlrd. 710,457 mln. manatadək azalıb.
Qeyd olunan dövrdə “Azərenerji”nin məcmu kapitalı 1,8 dəfə - 1 mlrd. 441,526 mln. manatadək artıb, nizamnamə kapitalı 1 mlrd. 760,495 mln. manat (dəyişməyib) təşkil edib.
2016-cı ildə cəmiyyətin öhdəlikləri 18,4% - 2 mlrd. 856,331 mln. manata qədər azalıb. Bundan başqa, 1 yanvar 2017-ci il tarixinə “Azərenerji”nin uzunmüddətli borc öhdəlikləri 1 mlrd. 800,543 mln. manat (artım 8,5%) məbləğində qiymətləndirilir.
2016-cı ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 34,7% - 72,312 mln. manatadək azalıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət