“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Gəmidəolanbütünmaşınvəmexanizmlər,başvəköməkçimühərriklər, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib.
Bərənin boru sistemlərivəgövdə hissəsində də təmir işləri gedir.
Gəmidə əlavə olaraq maye yüklərin daşınması zamanı dağılma baş verərsə həmin yükün toplanması üçün iki ədədçənin quraşdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Uzunluğu 154.5, eni 18.3 metr olan “Professor Gül” gəmi-bərəsi 1986-cı ildə inşa edilib.Gəmi-bərə hər səfərdə28 vaqon götürə bilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət