OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair əldə olunmuş razılaşma Azərbaycanı qane edir və rəsmi Bakı razılaşmanın müddətinin uzadılmasının tərəfdarıdır. Bunu “Caspian Energy” jurnalına müsahibəsində energetika naziri Natiq Əliyev deyib.
O vurğulayıb ki, mövcud razılaşmanın yerinə yetirilməsi neft bazarına müsbət təsir edib: "Bu səbəbdən yanvar ayından etibarən nefti qiyməti faktiki olaraq 50-55 dollar diapazonunda dəyişib".
"Bizim üçün neftin qiymətlərinin stabilliyi və gözlənilən olması əlverişlidir: "Təbii ki, biz neftin qiymətindən asılı olan ölkəyik. Belə ki, dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması neftin qiymətindən asılı olaraq həyata keçirilir. Bu il biz dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürdük və neftin qiyməti 50 dollar ətrafında dəyişirsə, deməli, 5 ay ərzində dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasını təmin edə bilmişik. Bu isə iqtisadiyyatımız üçün olduqca pozitiv və vacib amildir", - deyə nazir vurğulayıb.
Mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti görüşə toxunan N.Əliyev qeyd edib ki, razılaşmanın müddətinin uzadılması ehtimalı olduqca yüksəkdir. "Görüş iştirakçıları öz fikirlərini bildirəcək. Böyük ehtimalla, razılaşmanın müddəti uzadılacaq. Lazım olarsa, biz hasilatın bir qədər də azaldılmasına nail ola bilərik. Bazarın vəziyyəti optimistikdir. Bu səbəbdən inanmıram ki, Vyana görüşündə hər hansı sürprizlə üzləşərik. Biz bütün dünyanı maraqlandıran məsələ ilə bağlı razılığa gələ biləcəyik. Düşünmürəm ki, İran mənfi cavab verəcək. "Kaşaqan" kimi iri neft yatağını istismara verən Qazaxıstanın vəziyyəti bir qədər qəlizdir. Təbii ki, söhbət yeni yataqdan gedir və burada hasilat yeni, bəlli bir mərhələyə çatdırılmalıdır. Fikrimcə, Qazaxıstan problemin optimal həll yolunu tapacaq", - deyə o əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət