Kreditləşdirmə zamanı daşınar əmlakın girov qoyulması beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərini yaxşılaşdıracaq. Maliyyə Bazarlarına Nəzarət Palatasınınicraçı direktorunun müavini Asim Zülfüqarov belə hesab edir.
“Aparılan islahatlar, atılan addımlar beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanda kreditin əlçatanlığı üzrə reytinqinin yüksəlməsinə səbəb olacaq", - deyə A.Zülfüqarov "Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar" mövzusunda keçirilən regional konfransda bildirib.
Azərbaycan Banklar Assosiasiyasının (ABA)sədri Zakir Nuriyev öz növbəsində qeyd edib ki, hazırda qirov qoyulan əmlakın 70%-dən çoxu daşınmaz əmlakın payına düşür, “Heç də bütün kiçik və orta müəssisələr kredit əldə etmək üçün daşınmaz əmlakdan istifadə edə bilmir. Bu səbəbdən, qeyd edilən qanunun tətbiqi kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdıracaq”, - deyə Z.Nuriyev vurğulayıb.
Onun sözlərinə görə, daşınar əmlak əsasında kreditləşdirmə mexanizmi əhalinin aztəminatlı və orta təbəqələrinin gəlirlərini artırmağa imkan yaradacaq, məşğulluqla bağlı vəziyyəti yaxşılaşdıracaq, yoxsulluğun səviyyəsini azaldacaq.
Ötən həftə prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyü haqqında" qanunu təsdiq edib.
Konfransın təşkilatçıları qismində ABA və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) çıxış edirlər. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət