Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ)və “Azərikimya” İB-nin müəssisələrinin modernləşdiriməsi və yenidənqurulması layihələri $1,8 mlrd. həcmində qiymətləndirilir. Bu barədə SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov jurnalistlərə bəyan edib.
“Son qiymətləndirmələrə görə, hər iki layihənin ümumi dəyəri $1,8 mlrd.-a yaxın qiymətləndirilir. Bunun təxminən $1,5 mlrd.-ı BNEZ-nin, $320-$330 mln.-u “Azərikimya”nın modernləşdirilməsi xərclərinin payına düşüb”, - deyə T.Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, BNEZ-nin modernləşdirilməsi işlərinin dəyərinin bahalaşması zavodun ümumi təsərrüfatının pis vəziyyətdə olması ilə əlaqədardır. Modernləşdirmə prosesində quraşdırılacaq əsas qurğuların qiymətində ciddi dəyişiklik yoxdur.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, BNEZ-nin modernləşdirilməsi layihəsi tam dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. “ARDNF-dən BNEZ-nin modernləşdirilməsi üçün vəsaitin ayrılması məsələsi artıq dövlət səviyyəsində həll olunub. Yəqin ki, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılmasına yönəldiləcək. “Azərikimya” İB-nin modernləşdiriməsi layihəsi üçün dövlət zəmanəti ilə kreditin cəlb olunmasına icazəmiz var”, - deyə o vurğulayıb.
T.Qəhrəmanovun sözlərinə görə, hazırda hər iki layihə çərçivəsində təxminən 400 mln. manat ümumi məbləğində vəsait sərf olunub.
Həmçinin, o məlumat verib ki, avqust ayında BNEZ-nin fəaliyyəti cari təmir məqsədilə dayandırılacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət