Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2017-ci ilin yanvar-may ayları ərzində 77,966 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnu qeydiyyata alıb. Bu barədə komitənin məlumatında qeyd edilir.
Komitənin məlumatına əsasən, bu dövrdə qeydiyyata alınan daşınmaz obyektlərin 65,7%-i regionlarda yerləşir.
May ayında ƏMDK tərəfindən 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binasıdır. Bununla belə, ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32,18%, torpaq sahələri 8,6%, mənzillərin qeydiyyatı 27%, qeyri-yaşayış binalarının qeydiyyatı 53,2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.
“Həmçinin, may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb”, - deyə məlumatda deyilir.
Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət