Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə bu gün Bakıda keçirilən görüşdə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
“İki formatda görüşlər keçirdik - həm təkbətək, həm də nümayəndə heyətləri çərçivəsində. Bir sıra məsələlər müzakirə olundu, fikir mübadiləsi aparıldı”, - deyə E.Məmmədyarov S.Mikser ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər arasında həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə dair intensiv dialoq aparılır. “Azərbaycanda 10-a yaxın Estoniya şirkəti tikinti, İT sahələrində fəaliyyət göstərir”, - deyə E.Məmmədyarov vurğulayıb.
S.Mikser qeyd edib ki, Azərbaycanla Estoniya arasında xüsusilə təhsil, İT sahələrində əlaqələrin dərinləşməsi üçün böyük potensial mövcuddur. “Hesab edirik ki, həmin istiqamətlədə münasibətlərin genişlənməsinə çalışmalıyıq”, - deyə o bildirib.
Estoniyalı nazir Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanacağına ümid edir. “Bu saziş bizim üçün vacibdir, o həmçinin Bakı və Tallin arasında əlaqələrə müsbət təsir göstərəcək”, - deyə o əlavə edib.
E.Məmmədyarov öz növbəsində vurğulayıb ki, “biz Aİ ilə danışıqlar prosesinin sürətləndirilməsi məqsədilə düzgün yoldayıq və uğur əldə edəcəyimizə ümid edirik”.
Azərbaycan XİN başçısı həmçinin Tallinə səfərə dəvətə görə estoniyalı həmkarına minnətdarlığını bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət