İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyası(ASK) cümə günü Rəqəmsal Ticarət Qovşağının təqdimatını keçiriblər. Bu barədə agentliyin müxbiri məlumat verib.
“Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi kompleks iqtisadi islahatların bir hissəsi olaraq bu Qovşağ regional əhəmiyyət kəsb edir. Qovşağın yaradılmasında Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb”, - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağı bir neçə istiqamət üzrə fəaliyyət göstərəcək, ilk növbədə elektron imza, o cümlədən “ASAN İmza”nı qeyri-rezidentlərə təqdim edəcək.
“Bu, qeyri-rezidentlərə elektron imza və “ASAN İmza” əldə etdikdən sonra şirkət, bank hesabı açmaq, əməkdaşları işə götürmək və işdən azad etmək, həmçinin ixrac-idxal əməliyyatları həyata kecirməyə imkan verəcək. Rəqəmsal Ticarət Qovşağını yaratmaqla biz Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı üçün açırıq”, - V.Qasımlı vurğulayıb.
O bildirib ki, Rəqəmsal Ticarət Qovşağının yaradılması ixrac-idxal əməliyyatlarının genişləndirilməsi və sərmayələrin cəlb olunması nöqteyi-nəzərindən böyük önəm kəsb edir.
“Rəqəmsal Ticarət Qovşağı çərçivəsində elektron pul kisəsi fəaliyyət göstərəcək, bu da xarici tərəfdaşlara təhlükəsiz qaydada və qısa zamanda elektron formada hesablaşmalar aparmağa imkan yaradacaq”, - o qeyd edib.
V.Qasımlının sözlərinə görə, həmçinin Rəqəmsal Ticarət Qovşağı çərçivəsində onlayn rejimdə ixrac əməliyyatları üçün “vahid pəncərə” funksiyası tətbiq olunacaq.
“Hazırda elektron imzaların qarşılıqlı tanınması dair Aİ, ABŞ, Ukrayna, Rusiya, Çin və digər ölkələrlə danışıqlar aparılır. Bu, azərbaycanlı sahibkarların dünya iqtisadiyyatına çıxışı imkanlarını sadələşdirəcək”, - o bəyan edib.
“Rəqəmsal Ticarət Qovşağının fəaliyyət göstərməsi üçün qüvvədə olan qanunvericiliyə bəzi dəyişikliklərin daxil edilməsi tələb olunur. Düşünürük ki, bu qısa müddətdə təmin ediləcək və Rəqəmsal Ticarət Qovşağı artıq 2017-ci il ərzində tam gücü ilə fəaliyyət göstərəcək”, - o vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət