“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-yə məxsus üzən emalatxana təmirdən sonra istismara verilib. Bu barədə gəmiçiliyin məlumatında deyilir.
““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxana təmirdən çıxıb. Artıq emalatxana yedək gəmisi ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılıb. Üzən emalatxana “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilib”, - deyə məlumatda bildirilir.
Təmir müddətində emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib, istehsalat sahələrindəki bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib.
Bundan başqa, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılıb, sanitariya sistemi yenisi ilə əvəz edilib. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülüb.
Emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq AXDGnin gəmilərinə operativ xidmət göstərəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Başqa sözlə, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmiri bundan sonra Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
Məlumata görə, müasir standartlara cavab verən üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda AXDG-nin internet və lazımi avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət