Dünya Bankı (DB) Azərbaycan hökumətinin sorğusundan asılı olaraq infrastruktur layihələrini maliyyələşdirməyə hazırdır. Bu barədə bu gün jurnalistlərə bankın Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi məlumat verib.
"DB hökumətə həm texniki dəstək çərçivəsində, həm də infrastruktura investisiya qoymaqla kömək etməyə hazırdır", - deyə o bildirib.
Bakı ofisinin rəhbərinin sözlərinə görə, 2018-ci maliyyə ilində (2017-ci il iyulun 1-də başlayıb - İF) maliyyələşdirmənin həcmi Azərbaycan hökumətinin sorğularından asılıdır.
"Biz beşillik plan (2016-2020-ci illər - İF) üzrə işləyirik. Bu plana əsasən, Azərbaycana ildə $350 mln.-$500 mln. civarında kreditin ayrılması proqnozlaşdırılır. Bu, maliyyələşdirmənin həcminin məhz bu cür olacağı demək deyil, bu, hökumətin sorğularından asılıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, 2017-ci maliyyə ilində (2017-ci il iyunun 30-da başa çatıb) DB Azərbaycana $400 mln. məbləğində kredit və $0,25 mln. məbləğində qrant ayırıb.*
A,Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət