“DəmirBank” ASC-nin $105 mln. məbləğində xarici öhdəliyi 1-ci dərəcəli kapitala çevriləcək. Bu barədə bankın məlumatında deyilir.
“İyunun 29-da kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısı olan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)diqqətinə çatdırılıb”, - deyə məlumatda bildirilir.
Plana əsasən 11 beynəlxalq investor “DəmirBank” ASC-in məcmu kapitalının artırılmasına qərar verib. Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digərmaliyyə nəhəngləri yer alır.
“Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı bankın xarici öhdəliyinin (($105 mln.) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur”, - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, “DəmirBank”ın İdarə Heyətinin tərkibində dəyişikliklər olub. Hazırda bankın İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifələrini Oqtay Əliyev yerinə yetirir.O.Əliyev 25 il ərzində “DəmirBank”da İdarə Heyətinin sədr müavini və baş direktor vəzifələrində çalışıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət