2017-ci il iyulun 1-nə Azərbaycanda 112,598 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 4,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Birinci yarımillikdə 5,618 min hüquqi şəxs qeydiyyatdan keçib, 367 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2017-ci il iyulun 1-nə respublikada 10,196 min kənd təsərrüfatı (artım 2,2%), 6,278 min təkrar emal (artım 2,5%), 11,546 min tikinti müəssisəsi (artım 2,9%) fəaliyyət göstərir.
Bundan başqa, iyun ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 29,577 min (artım 6,1%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,601 min (artım 2,2%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,451 min (artım 11,3%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,406 min (artım 8,7%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,804 min (artım 4,2%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,743 min (artım 4,7%) hüquqi şəxs qeydiyyata alınıb.
2017-ci il iyulun 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 100,376 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,2%-i) özəl müəssisələrin, 6,598 min hüquqi şəxs xarici, 2,064 min hüquqi şəxs birgə müəssisələrin, 10,521 min hüquqi şəxs (9,3%) dövlət müəssisələrinin, 1,701 min hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.
İyulun 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 770,92 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,5% artıb.
Kənd təsərrüfatı sahəsində 228,489 min, emal sənayesi sahəsində 16,808 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 198,884 min fiziki şəxs fəaliyyət göstərir.
Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1606 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 11,801 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,748 min, tikinti fəaliyyəti ilə 5,772 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 36,573 min, nəqliyyat və anbar təsərrüfatı ilə 79,686 min, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10,379 min, digər xidmətlərlə 129,2 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 52,06 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 224,094 min fiziki şəxs var.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət