Hesablama Palatası Bakı Dövlət Universitetinin (BDU) fəaliyytində bir sıra nöqsanlar aşkar edib. Bu barədə Palatanın saytında məlumat verilir.
“Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb”, - məlumatda deyilir.
Auditə əsasən, Universitetin gəlirləri 2015-ci ildə 36,1 mln. manat, 2016-cı ildə 41,1 mln. manat, xərcləri müvafiq olaraq 33,6 mln. manat və 41,1 mln. manat olub.
Bundan başqa, qrant hesabına 2015-ci ildə 12,854 min dollar, 30,166 min avro, 54 min rubl, 109,1 min manat, 2016-cı ildə 85,2 min dollar, 29,5 min avro, 700 min rubl, 109,1 min manat daxilolma, müvafiq layihə çərçivəsində uyğun olaraq 133,4 min manat və 182,2 min manat xərcləri olub.
Bakalavriat təhsil səviyyəsi üzrə universitetin tələbə qəbulu planı 2015/2016-cı tədris ilində 88,6% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2076 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2111 nəfər təşkil edib), 2016/2017-ci tədris ilində 93% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2314 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2231 nəfər təşkil edib) yerinə yetirilib.
Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc istedadlar Liseyi"nin müəllimlərinə artıq, eyni zamanda universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq yüksəkliyə görə əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq BDU-da təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.
Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya qərarının surəti BDU-ya göndərilib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət