“BP-Azerbaijan” şirkəti bu gün “Şahdəniz” platformasında profilaktik işlərin aparılması üçün qaz və kondensat hasilatını dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Profilaktik işlər illik iş proqramına daxil edilib və avqustun 14-dən etibarən 14 gün davam edəcək. Plana əsasən, sözügedən işlərin aparıldığı dövrdə “Şahdəniz” platformasından qaz və kondensat hasilatı dayandırılacaq”, - deyə məlumatda bildirilir.
Bu planlaşdırılmış proqramlar müntəzəm təftiş, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Profilaktik işlər proqramı “Şahdəniz Mərhələ 1” (Alfa) platformasında, Səngəçal terminalındakı "Şahdəniz" qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində də həyata keçiriləcək.
Proqrama “Şahdəniz Mərhələ 1” və "Mərhələ 2" qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda 1-ci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir.
“Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2016-cı ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib”, - deyə məlumatda qeyd olunur.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun platformalarının hamısından – “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət