2017-ci ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 6 mlrd. 567 mln. 321,538 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilir.
Yanvar-avqust aylarında BFB-də əqdlərin ümumi həcmində 3 mlrd. 55 mln. 867,793 min manat törəmə alətlər bazarının (artım 20,1% - İF-Az), bunun 2 mlrd. 765 mln. 959,626 min manatı valyuta, 256 mln. 908,167 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 2 mlrd. 361 mln. 403,940 min manat (artım 6,7 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 444 mln. 49,583 min manat olub. İlkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 410 mln. 436,395 min manat, təkrar bazarda 33 mln. 613,188 min manat təşkil edib.
Hesabat dövründə ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 1 mlrd. 917 mln. 354,358 min manat təşkil edib (2016-cı ilin yanvar-avqust aylarında yerləşdirilmə həyata keçirilməyib -İF-Az).
Yanvar-avqust aylarında BFB-nin ümumi dövriyyəsində 667 mln. 754,92 min manat pay baarının payına düşüb (artım 25,1 dəfə). Bunun 649 mln.121,095 min manatı ilkin bazarda (artım 26,3 dəfə), 18 mln. 633,825 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Yanvar-avqust aylarında əqdlərin ümumi həcmində 503 mln. 717,416 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (artım 10,3 dəfə). Bununla belə, ilkin bazarda Azərbaycan İpoteka Fondunun 150 mln. 577,849 min manatlıq, təkrar bazarda 196 mln. 71,548 min manatlıq istiqrazı yerləşdirilib. Bu aylarda təkrar bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 157 mln. 68,018 min manat təşkil edib.
Bu dövrdə BFB-nin ümumi dövriyyəsində 11 mln. 577,467 min manat repo əməliyyatlarının payına düşüb (2016-cı ilin yanvar-avqust aylarında həyata keçirilməyib -İF-Az). **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət