2019-cu ilin sonunda Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" yatağından qaz hasil edilməsinə başlanması gözlənilir. Bunu SOCAR-ın (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
“2017-ci ilin noyabr ayında “Abşeron” yatağının işlənməsi Proqramı SOCAR-a təqdim ediləcək. İlkin qaz hasilatına 2019-cu ilin sonunda başlanması planlaşdırılır”, - X.Yusifzadə yazır.
O vurğulayıb ki, TOTAL 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) olduğunu təsdiqləyib.
X.Yusifzadə qeyd edib ki, 2017-ci ilin sonundan etibarən bu yataqda kəşfiyyat qazma işləri davam etdiriləcək.
Xəbər verildiyi kimi, “Abşeron” yatağının işlənməsi üzrə I mərhələyə 450 metr dərinlikdə bir quyunun qazılması daxildir. Qazma işlərinə yaxın bir neçə ay ərzində başlanacaq. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Quyudan sutkalıq 2 min ton kondensat və 4,3 mln. kubmetr qazın hasil ediləcəyi gözlənilir.
Birinci mərhələ çərçivəsində illik 1,5 mlrd. kubmetr, ikinci mərhələ çərçivəsində illik 5-6 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur, bu da pik həddir. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcək.
2016-cı il noyabrın 21-də SOCAR və TOTAL arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% - operator) və “GDF Suez” (20%) şirkətləridir. “Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv.km təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət