«B.EST Solutions» Azərbaycan şirkəti Avropa İttifaqı bazarında və onun hüdudlarında elektron tranzaksiyalar (eIDAS) üçün elektron identifikasiya və etibarlılıq xidmətləri məsələlərinin təcrübi baxımdan nizamlanmasının dəstəklənməsinə istiqamətlənmiş FutureTrust Avropa layihəsinin assosiativ üzvü oldu.Bu barədə şirkətdən məlumat verilib.
“FutureTrust layihəsinin əsas məqsədi layihə iştirakçılarına hərtərəfli dəstək göstərməklə Avropa üçün etibarlılıq infrastrukturunun kompleks, çevik, konfidensial və əlyetərli olan komponentlərinin hazırlanmasından ibarətdir. Layihə bütün maraqlı tərəflər üçün əhəmiyyətli resurs olmalıdır. FutureTrust-ın assosiativ partnyorları isə elektron identifikasiya və etibarlılıq servisləri sahəsində fundamental tədqiqatlar bazasına əlyetərlilik əldə edirlər”, - məlumatda deyilir.
Məlumata əsasən, layihənin assosiativ üzvləri öz növbəsində praktiki həllərdə elektron rəqəmsal imza və mobil elektron imza texnologiyasının istifadəsini asanlaşdıran açıq kodlu proqram təminatının komponentlərini təqdim etməklə müvafiq sahələrdə standartlaşdırma prosesinin dəstəklənməsində fəal iştirak etməyi öhdələrinə götürürlər.
“Xüsusilə FutureTrust layihəsi mövcud olan Avropa infrastrukturunu “Etibarlılığın qlobal siyahısı”nı genişləndirəcək, açıq kodla etibarlılığın yoxlanılmasının kompleks xidmətini, eləcə də elektron imzalar və möhürlərin iri miqyaslı xidmətini işləyib hazırlayacaq”, - məlumatda vurğulanır.
Şirkət qeyd edir ki, eyni zamanda Avropa İttifaqı ölkələri və bu İttifaqa daxil olmayan ölkələr arasında elektron rəqəmsal imzanın transsərhəd tətbiqi üçün modellər işlənib hazırlanır.
Layihə Avropa İttifaqının Araşdırma və İnnovasiya Çərçivə Proqramı (Horizon 2020) tərəfindən maliyyələşdirilir.
FutureTrust layihəsi Almaniyadan, Lüksemburqdan, Belgiyadan, Avstriyadan, Böyük Britaniyadan, Portuqaliydan, Serbiyadan, Gürcüstandan, Türkiyədən, Azərbaycandan və digər Avropa ölkələrindən 16 partnyoru birləşdirir.
“B.EST Solutions” şirkətinin layihəyə üzv kimi qəbul edilməsi üçün layihənin bütün iştirakçılarının razılığının olması vacib idi.
Həmçinin qeyd olunur ki,“B.EST Solutions” şirkətinin fəaliyyəti başlıca olaraq, dövlətin və özəl müəssisələrin elektron idarəetmə sistemi, eləcə də rəqəmsal identitet və mobil elektron imza üzrə xidmətlərin təqdim edilməsi üçün effektli həllərin işlənib hazırlanmasına yönəlmişdir. Şirkət Azərbaycanda Elektron Hökumətin yaradılması və inkişafı prosesində iştirak edən və “Asan İmza” mobil elektron imzanı təqdim edən əsas iştirakçılardan biri sayılır.
“B.EST Solutions” şirkəti Avropa İttifaqı ilə transsərhəd elektron xidmətlərin hazırlanmasında Azərbaycanın maksimal və qlobal şəkildə iştirakı, eləcə də ölkənin İKT sahəsinin ixrac-investisiya potensialının xaricdə artırılması üçün “Asan İmza” mobil elektron imza Azərbaycan texnologiyası ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə FutureTrust layihəsinin resurslarını və imkanlarını aktiv şəkildə istifadə edəcək.
O cümlədən, “B.EST Solutions” şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvüdür və Konsorsiuma üzv olan Azərbaycanın bütün innovasiya şirkətlərinin maraqlarını təmsil edəcək. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət