Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqlar aparılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
Nazir Heydər Əsədov DB-nin nümayəndələri ilə görüşdə qeyd edib ki, layihənin birinci və ikinci mərhələri çərçivəsində kənd yerində infrastrukturun yaradılmasıa, fermerlərin gəlirlərinin artırılması üzrə tədbirlər həyata keçirilib.
Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin qeyd edib ki, AzRIP-1 и AzRIP-2 layihələri çərçivəsində 1,999 min layihə həyata keçirilib, onların əsasını infrastruktur layihələr təşkil edir.
Onun sözlərinə görə, AzRIP-3 çərçivəsində icmalarda potensialların və maliyyə çıxışlarının, gəlirlərin artırılmasında dayanıqlılığın artırılması planlaşdırılır.
H.Əsədov vurğulayıb ki, layihənin səmərəliliyini artırmaq məqsədilə infrastruktur layihələrlə yanaşı aqrar yönümlü sahələrə də üstünlük verilməlidir. O, xüsusilə Azərbaycan tərəfinin ət kəsimi məntəqələrinin yaradılması, bağların salınması, kooperativlərin yaradılması, terraslarda fındıq bağlarının salınması və s. istiqamətdə maraqlı olduğunu qeyd edib.
“Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib ki, hazırda AzRIP-3 layihəsi üzrə danışıqlar aparılır. “Layihə üzrə rəsmi danışlıqların 2018-ci ilin əvvəlində başlanması nəzərdə tutulur. Hazırda DB tərəfindən layihəyə ayrılacaq maliyyənin həcmi barədə danşmaq çətindir, çünki layihənin detallarının müzakirəsi davam edir”, - nümayəndəlikdən qeyd ediblər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət