Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda
Azərbaycanın mövqelərinin irəliləməsi, digər beynəlxalq reytinqlərdə də ölkənin güclənəcəyinə ümid etməyə imkan yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində belə hesab edirlər.
Xəbər verildiyi kimi, Dünya İqtisadi Forumunun yeni reytinqində Azərbaycan iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
“Hökumət "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı çərçivəsində kompleks işlər həyata keçirib. Xüsusilə, biznes mühitin təkmilləşdirmək, ölkənin investisiya cəlbediciliyini artırmaq məqsədilə qanunvericiliyə düzəlişlər və inzibati prosedurlar daxil edilib”, - Mərkəzin məlumatında qeyd olunur.
Mərkəzin analiotikləri hesab edirlər ki, bu tədbirlər DİF-in yeni reytinqində mövqeləri yaxşılaşdırmağa, həmçinin digər beynəlxalq reytinqlərdə irəliləyiş əldə etməyə imkan verəcək.
Məlumatda deyilir ki, DİF-in reytinqində bir çox indikatora görə Azərbaycan irəliləyib. “Azərbaycan ən böyük irəliləyişi “şirkətlərin rəqabətə davamlılığı” kateqoriyası üzrə əldə edib – 20 pillə irəliləyərək 40-cı yerdə qərarlaşıb.
“İctimai institutlar” indikatoru üzrə - 15 pillə irəliləyərək 33-cü yer, “Əmək bazarının səmərəliliyi” üzrə - 19 pillə irəliləyərək 31-ci yer, “Maliyyə bazarının inkişafı” üzrə 18 pillə irəliləyərək 79-cu yer, “İnnovasiya potensialı” üzrə 11 pillə irəliləyərək 33-cü yer.
“Yalnız iki indikator üzrə Azərbaycanın mövqeləri aşağı düşüb - “Makroiqtisadi mühit” - 65-ci yer, “Texnoloji səviyyə” - 56-cı yerdə qərarlışıb”, - Mərkəz qeyd edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət