SOCAR (ARDNŞ) 2017-ci ilin yanvar-sentyabr aylarında dünya bazarlarına 598,198 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR 838,158 min ton həcmində neft və neft-kimya məhsullarını ixraca yönəldib. Beləliklə, 2017-ci ilin 9 ayı ərzində ixracın həcmi 28,6% azalıb.
İxracın strukturunda 401,158 min ton dizel yanacağı, 38,582 min ton təyyarə yanacağı, 0,236 min ton soba mazutu, 56,265 min ton yüksək təzyiqli polietilen, 9,107 min ton mütləqləşdirilmiş izopropil spirti, 46,985 min ton maye piroliz qətranı, 29,249 min ton propilen və 21,616 min ton butilen butadien fraksiyası ixrac edilib.
2017-ci ilin sentyabr ayında dünya bazarlarına 47,37 min ton neft emalı və neft-kimya məhsulları ixrac edilib. İxracın strukturunda 37,646 min ton dizel yanacağı, 7 min 528 ton təyyarə yanacağı, 0,89 min ton mütləqləşdirilmiş izopropil spirti, 0,112 min ton maye piroliz qətranı, 0,596 min ton propilen və 0,598 min ton butilen butadien fraksiyası ixrac olunub.
Məlumata görə, 2017-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 575,01 ABŞ dolları, təyyarə yanacağının - 539,99 dollar, dizel yanacağının - 505,99 dollar, 1 faizli kükürdlü mazutun - 317,18 dollar, yüksək təzyiqli polietilenin - 1219 dollar, butilen butadien fraksiyasının - 628,77 dollar, maye piroliz qətranının - 575,01 dollar, propilenin qiyməti - 830 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1450 avro təşkil edib.
2016-cı ildə şirkət 1 mln. 139,897 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət