SOCAR (ARDNŞ) "Azəristiliktəchizat" ASC-yə tədarük olunan qazın tarifinin azaldılmasını məqsədəuyğun hesab etmir. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə əks olunan tədbirlərin monitorinqinə dair materiallarda qeyd olunur.
Nazirlər Kabinetinin 20 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Tarif Şurasına SOCAR və "Azəristiliktəchizat" ilə razılaşdırdıqdan sonra elektrik enerjisi istehsalı üçün səfr olunan təbii qazın tarifinə dair təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim etməyi tapşırmışdı. Cari ilin may aynda İqtisadiyyat Nazirliyində bu məsələyə dair İşçi qrup yaradıldı.
Monitorinqin materiallarına əsasən, "Azəristiliktəchizat" üçün qazın tarifinin azaldılması məsələsinin müzakirəsi zamanı SOCAR-dan bildiriblər ki, qaz tariflərinin son dəfə bahalaşması və istehlakçıların ekonom rejiminə keçiddən sonra istehlakçıların sayı kəskin azalıb. Bu da şirkətin qaz satışından gəlirlərinin azalmasına səbəb olub.
SOCAR-ın məlumatına görə, tariflərin bahalaşmasından sonra olan dövr ərzində əhalinin bir hissəsinin müəyyən olunan güzəştli tarif həddini keçməməsini nəzərə alaraq, hələlik SOCAR-ın dövriyyəsinə qazın qiymətinin artırılmasından əlavə vəsait daxil olmayıb.
“Bu nöqteyi-nəzərdən, "Azəristiliktəchizat" üçün qazın tarifinin azaldılması məqsədəuyğun hesab edilmir. Eyni zamanda, bu məsələnin müzakirəsi davam etdirilir”, - materiallarda qeyd olunur.
Hökumətin məlumatına əsasən, "Azəristiliktəchizat" ASC üzrə 89,532 mln. manat borcun ödənilməsi və 1 may 2017-ci il tarixə yaranmış borc qalığı barədə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktının təsdiq olunması üçün adıçəkilən quruma "Azəriqaz" tərəfindən rəsmi müraciət olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət