2017-ci il oktyabrın 1-nə Azərbaycanda 115,651 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
9 ay ərzində 8,782 min hüquqi şəxs qeydiyyatdan keçib, 489 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2017-ci il oktyabrın 1-nə respublikada 10,398 min kənd təsərrüfatı (artım 4,2%), 6,369 min emal (artım 4%), 11,705 min tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.
Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 30,445 min (artım 9,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,612 min (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,475 min (artım 13,1%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,595 min (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,887 min (artım 7,3%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,783 min (artım 7,1%) hüquqi şəxs qeydiyyata alınıb.
2017-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 103,421 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,4%-i) özəl müəssisələrin, 6,781 min hüquqi şəxs xarici, 2,106 min hüquqi şəxs birgə müəssisələrin, 10,527 min hüquqi şəxs (9,1%) dövlət müəssisələrinin, 1,703 min hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.
Oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 785 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,7% artıb.
Kənd təsərrüfatı sahəsində 227,141 min, emal sənayesi sahəsində 16,974 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 200,092 min fiziki şəxs fəaliyyət göstərir.
Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1685 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,005 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,801 min, tikinti fəaliyyəti ilə 5,867 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37,088 min, nəqliyyat və anbar təsərrüfatı ilə 82,443 min, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10,648 min, digər xidmətlərlə 140,263 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 53,748 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 229,594 min fiziki şəxs var.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət