Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (Cooperation Council for the Arab States of the Gulf) üzv ölkələr Azərbaycana ikiqat vergiqoymanın aradan qaldırılması haqqında ikitərəfli sazişlər imzalamağı təklif edir. Bunu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqibu gün Bakıda keçirilən biznes forumda deyib.
"Biz Azərbaycana Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrlə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında ikitərəfli sazişlər imzalamağı təklif edirik", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. "Bizi turizm, kənd təsərrüfatı, qida sənayesi kimi sahələrdə əməkdaşlığın inkişafı maraqlandırır. Rəqəmsal ticarət qovşağının portalında ərəb şirkətləri üçün elektron qeydiyyat prosedurunun sadələşdirilməsi yaxşı olardı", - deyə o qeyd edib.
A.H.Naqi Azərbaycana Fars körfəzi ölkələrindən olan turistlərin viza alması zamanı tələb olunan rüsumu ləğv etməyi təklif edib. "Vizanın alınması zamanı tələb olunan $20 Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafına mane olur. Bundan başqa, Azərbaycana ixrac edilən bəzi mallara görə rüsum 200%-ə çatır. İmkan daxilində bu rüsumları azaltmaq pis olmazdı", - deyə o vurğulayıb.
A.H.Naqi, həmçinin Bakıda Fars körfəzi ölkələrinin mallarının sərgisini keçirməyi təklif edib və Azərbaycan hökumətindən bu məsələdə köməklik göstərməyi xahiş edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət