Energetika Nazirliyi “Abşeron” yatağından qaz hasilatının vaxtında başlanacağına ümid edir. Bu barədə nazirlikdən məlumat verilib.
Cümə axşamı energetika naziri Pərviz Şahbazov “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Clement ilə “Abşeron” yatağının işlənməsi və “Total”ın layihədə iştirakı məsələlərini müzakirə edib.
“Görüş zamanı P.Şahbazov Azərbaycanın qaz potensialının reallaşdırılmasında “Total”ın rolunu yüksək qiymətləndirib. O, müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəsini tətbiq etməklə “Total”ın “Abşeron” yatağı üzrə işləri sürətləndirəcəyinə, bu yataqdan qaz hasilatının nəzərdə tutulan vaxtda başlayacağına ümidlərini ifadə edib”, - məlumatda qeyd olunur.
Nazir vurğulayıb ki, “Abşeron” yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq.
B.Clement öz növbəsində bildirib ki, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə illik 5 mlrd. kubmetr həcmində qaz hasil ediləcək.
Tərəflər həmçinin “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində “Total”ın mümkün iştirakı məsələsini müzakirə ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət