2030-cu ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 17 mln. ton yük daşınacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Biz 2030-cu ildə BTQ ilə yükdaşımaların həcmini 17 mln. tona, sərnişindaşımaların həcmini isə 3 mln. nəfərə çatdırmağı qarşıya məqsəd qoyuruq", - deyə o, bu gün Bakıda BTQ dəmir yolu xəttinin işə salınması mərasimində bildirib.
Prezidentin sözlərinə görə, BTQ Çindən Avropaya yükdaşımaların həcminin artırılması üçün potensiala malikdir. "Bu gün Çindən Avropaya 240 mln. ton yük daşınır. Bu yükün 10 faizi BTQ dəmir yolu ilə daşınsa, bu, 24 mln. ton olacaq", - deyə o qeyd edib.
R.T.Ərdoğan əlavə edib ki, BTQ-nin işə salınması Londondan Pekinə qatarların birbaşa hərəkət etməsinə imkan verəcək.
"BTQ layihəsinin sayəsində biz Ələt limanı vasitəsilə bütün Mərkəzi Asiya ölkələrini Avropa ölkələri ilə birləşdirə bildik. Bu, gələcəyimiz üçün mühüm addımdır. Biz ümumi dəhlizin yaradılması istiqamətində işimizi davam etdirəcəyik", - deyə Türkiyə prezidenti vurğulayıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət