Daşkənd “Şərq-Qərb” nəqliyyat dəhlizinə vəsaitin yatırılmasına davam edəcək. Bunu Özbəkistanın baş naziri Abdulla Aripovdeyib.
“Şərq-Qərb” dəhlizinə önəm veririk, bu layihəyə investisiya yatırırıq. Qarşılıqlı səmərəli və effektiv nəqliyyat dəhlizlərinin istifadəyə verilməsinin qlobal iqtisadi inkişaf prosesində ölkələrimizin uğurlu inteqrasiyası üçün zəruri şəraitin yaradacağına əminik”, - A.Aripov bazar ertəsi Bakıda “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu cür layihələr xarici investisiyaların cəlb olunması, davamlı inkişafın və ixrac potensialının təmin edilməsi, o cümlədən istehsal edlən məhsulların tədarük coğrafiyasının genişləndirilməsi üçün son dərəcə vacibdir.
“Bu gün həm Mərkəzi Asiya, həm də bütövlükdə bütün qitə üçün BTQ-nin əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir. Bu marşrut miqyaslı Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olmaq iqtidarındadır. Şübhəsiz, regionda ən iri dəmir yolu magistralının istifadəyə verilməsi Çin və Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək. Öz növbəsində, Özbəkistan tərəfi daşımaların fəal istifadəsi və bu dəhliz ilə özünün xarici ticari yüklərinin daşınması həcmini artırmaqda maraqlıdır”, - o qeyd edib.
Baş nazir BTQ-nin gələcəkdə iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcəyinə və bütün regionun tərəqqisinə imkan yaradacağına əmin oluğunu bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət