Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində ümumi xərclər $43,5 mlrd. təşkil edib. Bu barədə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bəyan edib.
“Reallaşdırılmasına başlandığı 1995-ci ildən 2017-ci ilin ötən dövrünə qədər bu layihə çərçivəsində $43,5 mlrd. xərclənib, bunun $35 mlrd.-a yaxını əsaslı xərclər təşkil edib”, - V.Ələsgərov çərşənbə axşamı plenar iclasda bildirib.
Onun sözlərinə görə, AÇG layihəsi çərçivəsində Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb.
“İndiyədək layihənin reallaşdırılması çərçivəsində xarici podratçı şirkətlər tərəfindən dövlət büdcəsinə 15 milyard dollara yaxın mənfəət vergisi ödənilib”, - o qeyd edib.
V.Ələsgərov əlavə edib ki, Azərbaycanın mənfəət neftinin $5,9 mlrd.-ı “AzACG” şirkətinin payına düşüb (SOCAR-ın AÇG layihəsində törəmə şirkəti - İF-Az).
Vitse-spiker vurğulayıb ki, AÇG blokunda işlənməyə başlanandan indiyədək həmin blokdan hasil edilən 42 mlrd. səmt qazı pulsuz SOCAR-a təhvil verilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin işlənmə müddətinin 2050-ci ilədək uzadılması haqqında müqavilə təsdiq edilib.
Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya sahib olacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət