Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacaq. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ilə TAP layihəsi üzrə görülən işlərin gedişini müzakirə edib.
“Görüşdə Trans-Adriatik Boru Kəməri layihəsi üzrə görülən işlərin son vəziyyəti, layihənin ətraf mühitə təsiri və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb. Layihə üzrə işlərin 60 faizinin tamamlandığı bildirilib. İtaliyanın mərkəzi hökuməti tərəfindən layihəyə lazımi dəstək verildiyini qeyd edib. L.Lanzillotta TAP-ın 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacağına inamını ifadə edib”, - deyə məlumatda vurğulanır.
Qeyd edilib ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi perspektivlərinin İtaliyanın mövqeyini gücləndirməsi, eləcə də Əlcəzairlə 35 milyard kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddətinin 2020-ci ildə bitməsi ilə TAP-ın əhəmiyyəti daha da artacaq.
“Bütün bu amillər layihənin strateji dəyərini artırmaqla bərabər, işlərin qrafikə uyğun aparılmasını da zəruri edir”, - deyə görüş iştirakçıları bildiriblər.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət