Azərbaycanın bank sektoru cari vəziyyətə uyğunlaşıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov belə hesab edir.
"Azərbaycanın bank sektoru 2015-2016-cı illərdə problemlərlə üzləşib", - deyə o, bu gün II Bankçılıq Forumunda bildirib.
Baş icraçı direktorun sözlərinə görə, hazırda bank sektoru 6,5 mlrd. manat məbləğində likvidliyə malikdir. "Hazırda əsas vəzifə bu vəsaitlərin iqtisadiyyatın real sektoruna yönəldilməsini təmin etməkdir", - deyə o qeyd edib.
İ.Alışov əlavə edib ki, sentyabrda bankların kredit portfeli 62 mln. manat artıb. "Biz kreditləşdirilmədə müsbət tendensiyalar müşahidə edirik. Bu, hələ ki, özünü rabitə və ASK sektorlarının kreditləşdirilməsinin müvafiq olaraq 27% və 12% artımında göstərir", - deyə o vurğulayıb.
Baş direktor deyib ki, palata risklərin qiymətləndirilməsi əsasında bank nəzarəti sisteminin tətbiqi üçün beynəlxalq maliyyə institutları ilə məsləhətləşmələr aparır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət