Siqaret çəkənlər üçün xüsusi yerlərin yaradılması məsələsi sahibkarlar tərəfindən müstəqil şəkildə həll olunacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində sahibkarlar tərəfindən siqaret çəkənlər üçün xüsusi yerlərin yaradılması vacib şərt kimi nəzərdə tutulurdu.
«Ancaq bu məqam parlamentdə mübahisə obyekti oldu, buna görə sənədi üçüncü oxunuşa hazırlayarkən biz bu normanı yenidən nəzərdən keçirdik. İndi icbari norma ləğv edilir, yəni işəgötürən və ya obyekt sahibi siqaret çəkənlər üçün xüsusi zonanın ayrılıb-ayrılmamasına özü qərar verir», - deyə o, parlamentin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bundan başqa, sənəddə yeniyetmələr tərəfindən tütün məmulatlarının istifadəsinin, habelə pulsuz suvenirlər və hədiyyələr vasitəsilə tütün məmulatların satışının stimullaşdırılmasının qadağan olunması nəzərdə tutulur.
Qanun layihəsi təhsil müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutur.
Bundan başqa, layihəyə əsasən mehmanxanalarda, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, yerüstü və yeraltı piyada keçidlərində, avtobuslarda (şəhərlərarası və beynəlxalq) və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, hava və dəniz limanlarının inzibati binalarında, dəmr yolu vağzallarında, avtovağzallarda və avtobus dayanacaq məntəqələrində, ümumi istifadədə olan yaşayış binalarında, uşaq meydançalarında və çimərlik əraziləri hüdudlarında,,yanacaqdoldurma stansiyalarında, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraqbütün müəssisə, idarə və təşkilatlarda tütündən istifadə qadağan ediləcək.
Qanun layihəsinə əsasən ətraf mühitin qorunması və tütündən istifadənin səbəb olduğu xəstəliklərin qarşısını almaq məqsədilə dövlət orqanları ayrı-ayrı yerlərdə, binalarda və obyektlərdə tütün məmulatlarına tələbatın azaldılması üçün vergi və qiymət siyasətinə dəyişiklik edə, tütünün satışı və reklamını qadağan edə və ya məhdudlaşdıra bilər.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət