SOCAR və Britaniyanın "Petrofac" şirkəti birgə müəssisə yaradıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin "SOCAR-Petrofac" birgə müəssisəsinin təqdimat mərasimindən verdiyi xəbərə görə, tərəflər artıq təsis müqaviləsi imzalayıblar.
“Birgə müəssisədə SOCAR-ın səhm payı 51%, "Petrofac" şirkətinin payı isə 49% nisbətində müəyyən edilib. Onun yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni şirkət Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərəcək”, - deyə "Petrofac” şirkətinin beynəlxalq injinirinq və istehsalat təlimi üzrə qlobal rəhbəri Karim Osserian qeyd edib.
SOCAR-ın məlumatına görə, treninqlər neft şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil ediləcək.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov çıxışında bildirib ki, birgə müəssisənin yaradılması vaxtında atılmış çox mühüm addımdır. "Hazırlıq sahəsində xidmətlər göstərən məşhur “Petrofac” şirkəti ilə əməkdaşlıq həm SOCAR, həm də bütövlükdə sənaye üçün səmərəli və faydalı olacaq. Müəssisənin fəaliyyəti milli kadrların hazırlanmasına, gələcəkdə isə regionun kadr potensialının artırılmasına yönəldiləcək", - deyə o vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət