“PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 136 mln. 797,913 min manat və ya 2017-ci ilin 11 ayı ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 27,1%-i həcmində sığorta haqqı toplayıb.
Yanvar-noyabr aylarının yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Sığorta” (103 mln. 334,577 min manat), "Azərsığorta" (37 mln. 577,62 min manat), "Atəşgah" (35 mln. 453,201 min manat), "Atəşgah Həyat" (31 mln. 146,227 min manat) olub. Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 68,3%-i bu şirkətlərin payına düşüb.
Bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti hesabat dövründə sığorta haqqı əldə edib.
Həmin dövrdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 53 mln. 901,161 min manat və ya sığortaçıların bütün ödənişlərinin 23,3%-ni təşkil edib.
Yanvar-noyabr ayları ərzində həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “Atəşgah Həyat Sığorta” (43 mln. 444,510 min manat), «PAŞA Sığorta” (41 mln. 953,754 min manat), “Qala Həyat Sığorta” (16 mln. 153,673 min manat) və “Atəşgah” (14 mln. 399,5 min manat) da daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 73,5%-i bu şirkətlərin payına düşüb.
Bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti qeyd olunan dövrdə sığorta haqqı əldə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət