Dünən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnamə və strukturunu təsdiq edib.
Agentliyin fəaliyyətinin məqsədi Azərbaycanda avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsidir. Agentliyin fəaliyyət istiqamətlərimüvafiq sahənin inkişafını təmin etmək, müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək və müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etməkdir.
Buna əsaslanaraq Dövlət Agentliyi müvafiq sahə üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsi, yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənilib hazırlanmasına cəlb ediləcək. Agentliyin funksiyalarına avtomobil yollarının reyestrinin yaradılması və aparılmasının təminatı daxildir.
Agentliyin idarəetmə orqanı üç nəfərdən ibarət İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki sədr müavinindən ibarətdir.
İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılacaq.
Xəbər verildiyi kimi, Dövlət Agentliyi qeydiyyatdan keçdikdən sonra bir ay ərzində Nazirlər Kabineti “Azəravtoyol” ASC-nin balansında olan əmlakı Agentliyin balansına keçirməlidir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət