Yiğit Çağlayan “Mastercard” beynəlxalq ödəniş sisteminin Türkiyə və Azərbaycan üzrə baş direktoru təyin edilib. Bu barədə şirkətin məlumatında deyilir.
Bu postda o, Yasemin Bediri əvəzləyib.
Bundan öncə Y.Çağlayan “Mastercard” beynəlxalq ödəniş sistemində inkişafda olan Avropa bazarlarında məhsulların hazırlanması üzrə rəhbər köməkçisi vəzifəsini tutub.
“Bizim üçün starteji əhəmiyyət daşıyan Türkiyə və Azərbaycan bazarlarını əhatə edən bu vəzifəni yerinə yetirərkən nağdsız cəmiyyət və rəqəmsallaşma məsələlərinə fokuslanmağa davam edəcəm”, - deyə Y.Çağlayan bildirib.
Karyerasına başladığı 2000-ci ildən etibarən Türkiyə və Böyük Britaniyada fərdi bankçılıq sahəsində kart, ticarət tərəfdaşları ilə iş və satış kimi fərqli departamentləri idarə edən Y.Çağlayan “Mastercard” şirkətində rəqəmsal ödəniş həlli olan “Masterpass”ın regionda yayılması və inkişafına rəhbərlik edib. O, ödənişlərin rəqəmsallaşdırılmasında həm Türkiyə, həm də sürətlə böyüyən Avropa bazarlarında ilkləri həyata keçirən komandalara liderlik edib, “conversational commerce” və tranzit sahələrində son istifadəçiyə yönəlmiş innovativ layihələrdə məsul şəxs olub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət