2017-ci ildə 14 xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından görülmüş aidiyyəti tədbirlər nəticəsində daha 14 xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan səfirlikləri tərəfindən vizaların rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, həmçinin elektron turistik vizaların rəsmiləşdirilməsinin təşviqi və təbliği istiqamətində müvafiq işlər görülüb.
“Eyni zamanda, müxtəlif ölkələrlə diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə müvafiq sazişlər imzalanıb”, - deyə məlumatda vurğulanır.
“ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi şərtləri” XİN və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanıb və bu iki dövlət qurumu tərəfindən təsdiq edilib.
XİN qeyd edir ki, il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb. Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 baş konsulluq fəaliyyət göstərir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət