Azərbaycan texnoloji cəhətdən önəmli layihələrə xarici kredit cəlb edəcək. Bunu prezident İlham Əliyev deyib.
“Kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq.Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik”, - İ.Əliyev Nazirlər Kabinetinin2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici borcu məqbul səviyyədədir.
“Lakin, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil”, - prezident bildirib.
İ.Əliyev ölkənin valyuta ehtiyatlarının, həmçinin Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin sayının artmasını vurğulayıb. “Valyuta ehtiyatlarının həcmi və artması ölkəyə iqtisadi müstəqillik verir. Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir.Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir”, - o qeyd edib.
Prezident xatırladıb ki, bir zamanlra Azərbaycana kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. “Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik”, - o əlavə edib.
Öncə maliyyə naziri Samir Şərifov bəyan edib ki, 2018-ci ildə Azərbaycan xarici borcun xidmətinə büdcə xərclərini 37,8% - 2 mln. 263 mln. manatadək artıracaq. “2018-ci ildə xarici borcun xidmətinə dövlət büdcəsindən 2 mlrd. 263 mln. manat yönəldiləcək, bu da 2017-ci ilin büdcəsində göstərilən vəsaitdən 37,8% çoxdur. Xərclərin artımı Azərbaycan Beynəlxalq Bankın borclarının ödənilməsi ilə bağlıdır”, - S.Şərifov qeyd edib. Xüsusilə nazir bildirib ki, 2018-ci ildə hökumət ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması çərçivəsində buraxılan istiqrazlar üzrə faizlərin ödənilməsinə 441,9 mln. manat yönəltməyi planlaşdırır. Bu vəsait Maliyyə Nazirliyinin buraxdığı ($2,4 mlrd. məbləğində - İF) istiqrazların sahibləri olan bankın xarici kreditorlarının xidmətinə yönəldiləcək.
1 iyul 2017-ci il tarixinə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu $7 mlrd. 172,6 mln. və ya təqribən ÜDM-in 19%ni təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət