Nazirlər Kabineti Maliyyə Nazirliyinə 2019-cu il dövlət büdcəsinin layihəsini sentyabrın 15-dək hökumətə təqdim etməyi tapşırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
İqtisadiyyat Nazirliyi 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini bir ay müddətinə Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçünNazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2017-ci ilin ilkin statistik məlumatlarını 2018-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməli,növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin, icmal büdcə göstəricilərinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatları Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi 2019-cu il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2018-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2018-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2018-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2018-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi 2018-ci il dəqiqləşdirilmiş, 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2019-cu il üçün ilkin proqnozlarını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2018-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi 2019-cu il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Bələdiyyələrə tövsiyə edilib ki, dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması ilə bağlı təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” qanunda göstərilən sənədləri və məlumatları 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
İri dövlət şirkətləri (SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC və s.) növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini 2018-ci il avqustun 1-dək Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli qərarı ilə yaradılmış komissiyanın Katibliyinə, 2018-ci il 01 iyul tarixinə mövcud daxili və xarici borcları, habelə 2019-cu ildə nəzərdə tutulan borcalmanınümumi məbləğləri (aparılacaq borcalmanın valyuta və layihələr üzrə bölgüsü göstərilməklə) barədə məlumatları cari ilin iyulun 15-dəkMaliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət