Azərbaycanın dövlət büdcəsində infrastruktur layihələri ilə bağlı xərclərin artması tikintidə investisiya fəallığını dəstəkləyəcək. “Sberbank Investment Research” şirkətinin analitikləri belə hesab edirlər.
"İlkin qiymətləndirmələrə görə, 2018-ci ilin yanvar ayında Azərbaycanda iqtisadi fəallıq əhəmiyyətli dərəcədə artıb: ötən ilin yanvar ayı ilə müqayisədə ÜDM 2% artıb, 2017-ci ildə bu göstərici cəmi 0,1% təşkil edib", - deyə analitiklər tərəfindən hazırlanmış "Borc bazarları bu gün" adlı icmalda qeyd edilir.
2018-ci ilin yanvar ayında qeyri-neft seqmentində artım ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% təşkil edib. Bundan başqa, neft hasilatı 0,2%, qaz hasilatı 5,9% azalıb.
"Bununla belə, neft hasilatında müəyyən irəlilyiş qeydə alınıb: Energetika Nazirliyinin qiymətləndirmələrinə əsasən, cari ilin yanvar ayında gündəlik neft hasilatı dekabr ayında qeydə alınmış 810 min barel və ya 2017-ci ilə olan 793,3 min barellə müqayisədə orta hesabla 814 min barelədək artıb”, - deyə icmalda vurğulanır.
İqtisadiyyatın qeyri-neft seqmentində tikinti sahəsi istisna olmaqla, bütün sahələrdə müsbət dinamika müşahidə olunub. Ən yüksək artım tempi İT və kommunikasiya (ötən ilin yanvar ayı ilə müqayisədə artım 16%) , kənd təsərrüfatı (4,3%) və sənaye (ümumilikdə 1,5% və ya neft və qaz hasilatı nəzərə alınmadan 8,7%) sahələrində qeydə alınıb. 2018-ci ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2018-ci ildə ÜDM-nin həcmi 1,5% artacaq.
“Sberbank Investment Research” şirkətinin analitikləri isə 2018-ci ildə ölkədə ÜDM-nin 2% artacağını proqnozlaşdırırlar.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət