2017-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 283,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin 67,9%-i nömrələrin satışı üzrə xidmətlərdən, 22,2%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - deyə məlumatda bildirilir.
Bununla belə, 191,8 mln. manat (gəlirlərin 67,6%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər hesabına formalaşıb.
Ötən il mehmanxanaların xərcləri 221,6 mln. manat məbləğində olub ki, bunun da 30%-ni əmək haqqı xərcləri, 16,1%-ni içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 7,6%-ni yanacaq və enerji xərcləri, 7,4%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,2%-ni amortizasiya ayırmaları, 31,7%-ni isə digər ödənişlər təşkil edib.
2017-ci il ərzində bu müəssisələrdə çalışan işçilərin sayı 9,911 min nəfərə bərabər olub. Bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 558,8 manat təşkil edib.
Hesabat ilində mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 1 mln. 409,5 min nəfər (artım 25,6%) təşkil edib ki, bunun da 69,6%-i xarici vətəndaşlar (artım 26,3%) olub.
Mehmanxana və otellərdə nömrələrin sayı 21,2 min təşkil edir və burada eyni zamanda 41,1 min nəfər yerləşdirilə bilər.
2017-ci ildə respublikada otellərin orta dolma səviyyəsi 17,2%, o cümlədən Bakıda 30,3%, Naftalanda 55,1%, Qəbələdə 16%, Qusarda 11,9%, şamaxıda 6,6% təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət