Dünya Bankı 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Cari ilin yanvar ayında DB 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 0,9% səviyyəsində proqnozlaşdırıb.
“Proqnozlarımıza əsasən, cari il ölkədə iqtisadiyyatın artımı 1,8% təşkil edəcək. Ümumilikdə, “Şahdəniz” yatağını işlənməsi üzrə “Mərhələ-2” reallaşdırılması, qeyri-neft sektornun inkişafı hesabına ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in artım templərinin sürətlənməsini gözləyirik”, - bankdan qeyd ediblər.
DB-nin qiymətləndirmələrinə görə, həmçinin dünya bazarında neftin yüksək qiyməti, o cümlədən ölkədə neft hasilatının sabitləşməsi Azərbaycanda ÜDM-in artım templərinə müsbət təsir edəcək.
“Dövlət investisiyalarının artımı qeyri-neft sektorunun artımına təsir edəcək. Lakin, böhrandan sonra bank sektorunun uzun müddət bərpası və nisbətən zəif biznes mühit səbəbindən respublikada ÜDM-in artımı orta səviyyədə qalacaq”, - bankdan vurğulanıb.
DB-da hesab edirlər ki, 2018-ci ildə dövlət kapital qoyuluşlarının artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artımı ilə şərtlənir.
“İnflyasiyanın qorunması məqsədilə AMB pul-kredit siyasətinin sərtləşdirilməsini davam etdirməlidir”, - bankdan qeyd ediblər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət