Cari ilin iyul ayında İsveçrənin bir neçə iri şirkətinin nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İsveçrənin Bakıdakı səfirliyindən məlumat verilib.
“İyulun 8-dən 11-dək Azərbaycanda səfərdə olan nümayəndə heyətinə İsveçrəninİqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir YohanŞnayder-Amman rəhbərlik edəcək”, - səfirlikdən qeyd ediblər.
Bildiriblər ki, son illər ərzində Azərbaycanda reallaşdırılan nəqliyyat və infrastruktur layihələri İsveçrə şirkətlərində böyük marağa səbəb olub. “Səfərin əsas məqsədi İsveçrə şirkətlərinin bu layihələrdə iştirak imkanlarını öyrənməkdir”, - səfirlikdən vurğulayıblar.
Xəbər verildiyi kimi, səfər çərçivəsində Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək.
Hazırda Azərbaycanda İsveçrə kapitalı ilə 71 şirkət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan İsveçrə iqtisadiyyatına fəal investisiya yatırır. Kapital qoyuluşlarının həcmi $1,2 mlrd. təşkil edir.
2017-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 40% - $240 mln.-a qədər artıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət