Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunmuş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyev şəhəri Şevçenko rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
“M.Saitov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.**
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət