“Azərenerji” ASC 2018-ci ildə Bakıda 220 kV-luqüç yarımstansiyanın tikintisinə başlamağı planlaşdırır. Bu barədə ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.
“Gələcək illərdə əsas sənaye mərkəzi kimi Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasının davamlı enerji təchizatı məqsədilə zəruri infrastrukturun yaradılması planlaşdırılır. Bununla əlaqədar, cari il ərzində paytaxtda 220 kV-luqüç yarımstansiya və elektrik ötürücü xəttlərin tikintisinin başlanacağı gözlənilir”, - E.Pirverdiyev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
O həmçinin bildirib ki, 2018-ci ilin sonuna kimi Bakıda "Şimal"DRES-də 409 MVt gücündə ikici buxar-qaz enerji qurğusunun istifadəyə verilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, ikinci buxar-qaz qurğusunun tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (Japan Bank for International Cooperation, JBIC) 29 mlrd. 280 mln. yapon yeni ( $275 mln.-dan çox) məbləğində krediti hesabına maliyyələşdirilir. Kredit Azərbaycana 10 ili güzəştli olmaqla 40 il müddətinə və 0,75% dərəcəsi ilə verilir. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur.
Layihə 400 MVt gücündə buxar-qaz qurğusunun, 107 кm uzunluğunda 220 kV-luq iki halqalı ötürücü xəttin tikintisini, ötürücü xətlərin və yarımstansiyaların yenidən qurulmasını nəzərdə tutur. Tikintini Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti həyata keçirir.
“Şimal” DRES-də artıq JBIC-nin krediti hesabına “Mitsui/Mitsubishi” alyansının tikdiyi 400 MVt gücündə bir BQQ fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət