Azərbaycanda aksiz markasız tütün məmulatlarının satışına görə 5 nəfər həbs edilib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
“Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40,672 min qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektindən 18,5 mindən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.
“Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunur.
Nazirlik aksiz markasız və saxta aksizli malların satışını həyata keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət